Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə dövlət qulluqçuları üçün təlim keçirilib

07 oktyabr 2025 | 14:42

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.3-cü bəndlərində nəzərdə tutulan tədbirlər çərçivəsində Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum qismində müəyyən olunub.

Bu məqsədlə 7 oktyabr 2025-ci il tarixində Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon üzrə fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Təlim Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda aparılıb. Tədbirdə dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində müzakirələr aparılıb.

Keçidlər