Tərtərdə dövlət qulluqçuları üçün təlim keçirilib
Tərtər rayon İcra Hakimiyyətinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluqçuları üçün “Cəmiyyətə xidmət psixologiyası:Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim keçirilib.
Təlimdə Dövlət İmtahan Mərkəzinin, Tərtər Rayon İcra Hakimiyyətinin, eləcə də rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.
Təlim zamanı “Ünsiyyət bacarıqlarının inkişafı” ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar müzakirə olunub.
Qarşılıqlı diskussiya şəraitində keçən təlim dövlət qulluqçularının bilik və təcrübələrinin artırılması, eləcə də müvafiq sahədə aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edib.






