Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması” ilə bağlı tədbir keçirilib

07 aprel 2026 | 12:20

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndinin (dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması) icrası ilə bağlı rayon icra hakimiyyətinin başçısı  Müstəqim Məmmədovla Tərtər Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti görüşü keçirilmişdir.

Görüşdə İctimai Şuranın sədri Svetlana Bağırovanın mövzu  ilə bağlı məruzəsi dinlənilmişdir. O,dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılmasının zamanın tələbi olduğunu bildirmiş, bu istiqamətdə görüləcək işlərdə Şura üzvlərinə uğurlar arzulamış,cari ildə bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.

İctimai Şuranın üzvləri  Faiq Məmmədov,şəhid atası Bəhruz İsgəndərov,Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova çıxış edərək,dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini bildirmiş, İctimai Şuraların tərkibinə əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinin daxil edilməsini təklif etmişlər.

Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov dövlət siyasətinin həyata keçirilməsində, şəffaflıq prinsipinin təmin olunmasında, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllində, vətəndaşların istək və təkliflərinin, həmçinin problemlərinin toplanaraq yerli icra hakimiyyəti orqanına təqdim olunmasında içtimai şuranın fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib.Bildirib ki, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsində, sağlam dialoqun qurulmasında, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasında içtimai şura əsas rol oynayır.

Keçidlər