Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ”Dini radikalizmin fəsadları və ona qarşı mübarizə üsulları” adlı tədbir keçirilib

25 oktyabr 2024 | 17:21

Tədbirdə  Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, dini icmanın üzvləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

Tədbirə başlamazdan öncə iştirakçılar torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışıb.O, bildirib ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən zəruri tədbirlərin həyata keçirilməsini xüsusi vurğulayan çıxışçı “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni qanunun qəbul edilməsindən, bəzi qanunlara edilən dəyişikliklərdən də söz açıb.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirir.

Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan gənclər üçün də çox təhlükəlidir. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısını alan ən güclü vasitədir.Ona görə də keçirilən bu cür maarifləndirici tədbirlər çox aktual və önəmlidir. İnanırıq ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə maarifləndirilmənin təmin edilməsi hər birinizin həyata baxışlarınızda müsbət mənada mühüm rol oynayacaqdır.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqların bərpa olunmasından, milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması, islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların,müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir sıra sərəncamların imzalanmasından danışıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və digər çıxış edənlər Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqət və qayğıdan  danışıblar.

Keçidlər