Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda “dəyirmi masa” keçirilib

11 iyun 2026 | 15:39

Tərtərdə Məhərrəmlik ayı ərəfəsində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ  regional bölməsinin, Qarabağ Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı videoçarxa baxıblar.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbiri giriş sözü ilə açaraq, Məhərrəmlik ayının mənəvi mahiyyətindən bəhs edərək, bu ayın insanlarda mərhəmət, birlik, səbir və mənəvi kamillik kimi dəyərlərin aşılanmasına xidmət etdiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin Tərtər rayonu üzrə məsləhətçisi İsmət Rəhimov Azərbaycan Respublikasında mövcud olan milli-mənəvi dəyərlərdən, multikulturalizm və tolerantlıq ənənələrindən, dini dözümlülüyün cəmiyyətdə sabitliyin və həmrəyliyin möhkəmlənməsindəki rolundan danışıb.

Qeyd olunub ki, ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayır, dövlət tərəfindən dini etiqad azadlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, gənc nəslin sağlam mənəvi dəyərlər əsasında formalaşmasında, radikal dini cərəyanların təsirindən qorunmasında və tolerantlıq mühitinin daha da gücləndirilməsində təhsilin mühüm rolu vardır.

Sonra YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Qarabağ Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış ediblər.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə dini dözümlülük və multikultural dəyərlərin təbliği baxımından təhsilin əhəmiyyəti xüsusi qeyd olunub.

Keçidlər