Tərtərdə dekorativ ağacların zərərvericilərə qarşı dərmanlanması işləri aparılıb
21 avqust 2026 | 10:38
Tərtər rayonunda yaşıllıqların mühafizəsi, ağac və kolların xəstəlik və ziyanvericilərdən qorunması istiqamətində tədbirlər davam etdirilir.
Bərdə Regional Bitki Mühafizəsi və Fumuqasiya (zərərsizləşdirmə) Mərkəzinin Tərtər Rayonu üzrə Bitki Mühafizə Şöbəsinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki yaşıllıqlara baxış keçirilib, ağaclarda müşahidə olunan ziyanvericilərə qarşı müvafiq mübarizə tədbirləri görülüb. Yaşıllıqlar xüsusi preparatlarla dərmanlanıb, ağacların sağlamlığının qorunması və ziyanvericilərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik işlər aparılıb.
Aparılan tədbirlər rayon ərazisində yaşıllıqların qorunmasına və onların uzunömürlü olmasına xidmət edir.






