Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə daha bir qanunsuz tikili aşkarlanaraq sökülüb

16 noyabr 2024 | 16:38

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin və Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.

Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Qaradağlı kəndində, kənd sakini Qurbanov Ülvi Süleyman oğlu tərəfindən qeyri-yaşayış obyektinin  tikintisi aşkarlanıb. Qanunsuz inşa edilən tikintinin  söküntüsü təmin edilib.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər