Tərtərdə çoxnövçülük üzrə rayon turniri keçirilib.
25 dekabr 2025 | 17:52
Qarabağ RGİİ ilə Qarabağ RTİ-nin Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı əsasında Tərtər OİK-də məktəblilər arasında idman çoxnövçülüyü(100 metr məsafəyə qaçış, kross, yerindən uzunluğa tullanma, turnikdə dartınma) üzrə rayon turniri keçirilib.
Maraqlı idman mübarizəsi şəraitində keçirilən turnirdə ümumilikdə 120 nəfər məktəbli iştirak etmişdir.
Yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.






