Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Çernobıl hadisələrinin 40-cı ildönümü münasibətilə tədbir keçirilib

25 aprel 2026 | 11:26

Tərtərdə Çernobıl hadisələrinin 40-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Çernobıl əlilləri iştrak ediblər.

 Əvvəlcə tədbir iştrakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbəri Çernobıl əlilləri ilə səmimi söhbət aparıb, onların qayğı və problemlərilə maraqlanıb. Görüş zamanı bu kateqoriyadan olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub və onların cəmiyyətimizdəki əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra rayon Çernobıl Əlillər Cəmiyyətinin sədri Səttar Nəcəfov çıxış edərək qəzanın aradan qaldırılmasında iştirak edən həmyerlilərimizin adını çəkmiş, bu qəzanın insan sağlamlığına vurduğu zərərlərdən danışmışdır.

O, dövlətimizin Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğıdan da söhbət açmışdır.

Keçidlər