Tərtərdə boks idman növü üzrə rayon turniri keçirilib.
24 avqust 2026 | 17:32
21 avqust 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində boks idman növü üzrə yeniyetmə və gənclər arasında Tərtər rayon turniri keçirilmişdir.
Turnirdə ümumilikdə 30 idmançı iştirak etmişdir.
Yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların aşkar edilməsi və boks idman növünün inkişafına təkan verməkdən ibarət olmuşdur.
Yekunda qalib idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər.






