Tərtərdə “Biz dünyanın sevinciyik” adlı bayram tədbiri keçirilib
01 iyun 2026 | 18:06
1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Tərtər rayon Mədəniyyət Mərkəzində “Biz dünyanın sevinciyik” adlı bayram tədbiri keçirilib.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi, Tərtər rayon Mədəniyyət Mərkəzi, Tərtər rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Bayram tədbirində uşaqlar üçün maraqlı və əyləncəli proqramlar təqdim olunub, onların istedadlarını nümayiş etdirmələri üçün müxtəlif çıxışlar təşkil edilib. Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq və bayram əhval-ruhiyyəsi yaratmaq olub.






