Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Birinci Qarabağ müharibəsi əlili Sədrəddin Orucovun yas mərasimi keçirilib

23 avqust 2025 | 12:41

Tərtər rayonun Seydimli kəndində Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili Orucov Sədrəddin Fətulla oğlunun yas mərasimi keçirilib.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon icra hakimiyyətinin məsul əməkdaşları eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Rəsmi şəxslər ailə üzvlərinə başsağlığı verərək onların kədərini bölüşüblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili Orucov Sədrəddin Fətulla oğlu 1961-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya gəlib. O, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə qarşı mübarizədə fəal iştirak edib və “Tərtər özünümüdafiə batalyonu”nun tərkibində döyüşlərə yollanıb. Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Sədrəddin Orucov qəhrəmanlıq göstərib və həmin döyüşlərdə aldığı xəsarətlər nəticəsində əlil olub.

Mərhumun yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər