Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Beynəlxalq Ailə Günü” münasbəti ilə “Milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib

14 may 2024 | 17:31

14 may 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında 15 may “Beynəlxalq Ailə Günü” münasbəti ilə “Milli – mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli,  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova,  məktəb psixoloqları və müəllimlər iştirak edib.

Tədbirdə giriş sözü açan Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli bildirmişdir ki, xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Unutmaq olmaz ki, insan alveri, erkən nikah, qan qohumları arasında ailə həyatı qurmaq kimi mənfi hallar bu dəyərlərə təsirsiz ötüşmür.

Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. Aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə mövqeyini qoruyub saxlayır. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb

Keçidlər