Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi mövzusunda tədbir keçirilib

05 may 2023 | 10:07

Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyətinin və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı tədbir keçirilib.

Tədbirdə icra hakimiyyəti başçısı aparatının, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirakı ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında 2018-ci il 1 noyabr tarixli Sərəncamından irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında danışmış, bildirmişdir ki, rayonumuzda bərk məişət tullantılar əsaslı şəkildə ətraf mühiti çirkləndirir. Rayonumuzun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənmənin qarşısının alınması üçün daha məqsədyönlü işlər aparılır, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilir.

Tədbirdə çıxış edən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Oktay Şahmurov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il noyabr 1-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, Milli Strategiyanın yerinə yetirilməsi ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir.

Qarşılıqlı diskusiya şəkilində keçirilən tədbirdə iştirakçılarn sualları cavablandırılıb.

Keçidlər