Tərtərdə Bələdiyyələrlə korrupsiyaya qarşı mübarizə tədbirləri mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 6.2-ci bəndinin icrasını təmin etmək məqsədilə 6 aprel 2026-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında korrupsiyaya qarşı mübarizə tədbirləri mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aparatın məsul əməkdaşları və rayonda fəaliyyət göstərən bələdiyyə sədrləri iştirak edib.
İcra başçısının müavini Elvin Umudov çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verib, tədbir iştirakçılarını korrupsiya anlayışı və onun formaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda məlumatlandırıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.






