Tərtərdə bələdiyyə sədrləri ilə görüş keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov rayonda fəaliyyət göstərən bələdiyyə sədrləri ilə görüş keçirib.
Görüşdə gündəlikdə olan məsələlər, bələdiyyənin maliyyə vəziyyəti, vergi və rüsumlarının yığılması, mövcud problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb, onlara sakinlərin müraciətlərinin vaxtında və operativ şəkildə cavablandırılması, qaldırdıqları problemlərin araşdırılması və həlli, yerli vergi və ödənişlərin vaxtında və tam şəkildə toplanması ilə bağlı bələdiyyə sədrlərinə müvafiq tövsiyələr verilib.
Bələdiyyə büdcəsinin düzgün idarə olunması, daxilolmaların artırılması və bu sahədə metodik tövsiyələrdən səmərəli istifadə olunması xüsusi vurğulanıb.
Sonda bələdiyyə sədrlərinə fəaliyyətlərini daha da gücləndirməsi istiqamətində müvafiq tövsiyələr verilib.






