Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə baramaçılığın inkişafı məqsədilə tut tingləri əkilir

30 dekabr 2022 | 16:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə Tərtər ayonunda yeni tut bağlarının salınması işləri davam edirilir.

Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq tut tingləri paylanılır. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.

Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını ildən-ilə artırmağa imkan verir.

Qeyd edək ki,  2018-ci ildə Çin Xalq Respublikasından 33 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 67 min ədəd, 2019-cu ildə Çin Xalq Respublikasından 30 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 min 400 ədəd,  2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 27 min ədəd, 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 14 min ədəd, bu il isə ölkəmizdə yetişdirilmiş Çin mənşəli 35 min ədəd tut tingi gətirilərək rayonun bütün yaşayış məntəqələrində əkilmişdir. Görülən işlərin nəticəsidir ki, 2022-ci ildə rayonda 330 qutu barama saxlanılmış, 10.2 ton barama tədarük edilmişdir.

Keçidlər