Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə bakteriyalar və parazitlərə qarşı dezinfeksiya tədbirləri görülüb

01 dekabr 2025 | 15:20

Tərtər Rayon İcra Hakimiyyətinin və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının zirzəmilərində, habelə küçə və həyət sahələrində dezinfeksiya işləri həyata keçirilib.

Tədbirin məqsədi əhali üçün sağlam və təhlükəsiz yaşayış mühitinin təmin olunması, müxtəlif bakteriya və parazitlərin yayılmasının qarşısının alınmasıdır. Dezinfeksiya prosesi xüsusi qoruyucu geyimlər və müasir avadanlıqlar vasitəsilə aparılıb.

Keçidlər