Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Bakı–Xankəndi” velosiped yürüşünün keçiriləcəyi marşrut üzrə işlər davam etdirilir

11 may 2026 | 11:45

Belə ki, “Bakı–Xankəndi” velosiped yürüşünün keçiriləcəyi marşrut üzrə Tərtər–Ağdam və Tərtər-Naftalan yollarının kənarları alaq otlarından təmizlənir, məişət tullantıları toplanaraq ərazidən daşınır. Yolboyu infrastrukturun müasirləşdirilməsi ilə yanaşı, estetik görünüşün yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür.  

Yarışın start götürəcəyi mərkəzi meydanda təmir bərpa işləri aparlır və bununla birgə meydanda gül-çiçək kolları əkilib və gecə işıqladırılması dirəkləri yuyularaq təmizlənib.

Həyata keçirilən tədbirlər rayonun simasının daha da gözəlləşdirilməsinə, vətəndaşlar üçün rahat mühitin yaradılmasına və estetik zövqün formalaşdırılmasına xidmət edir.

Keçidlər