Tərtərdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” mövzusunda tədbir keçirilib.
27 may 2024-cü il tarixdə Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, ərazi partiya təşkilat sədrləri və üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışaraq bildirib ki, xalqımızın çox əsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 may günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür. Cümhuriyyətin həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsini nəzərdə tuturdu, 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımıza istiqlal və suverenlik duyğularını daha da gücləndirdi. Biz qüdrətli, hərtəfli inkişafın sürəti ilə dünyada seçilən demokratik, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfi prinsiplərini mənimsəmiş siyasətin real işdən ibarət olduğunu öz fəaliyyətində sübuta yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin başladığı layihələri uğurla həyata keçirməklə, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin müavini Seymur Yusibov, Tərtər Rayon Mərkəzi Xəsəxanasında şöbə müdiri Şəfaqət Əzimova və Tərtər şəhər 1 saylı tam orta məktəbin müəllimi Aygün Paşayeva Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar. Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətindəki fəaliyyətindən söhbət açıblar.
Sonda tədbiri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yekunlaşdırıb.