Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Azərbaycan memarlığının Zəfər salnaməsi: Qarabağın yenidən qurulması” adlı tədbir keçirilib

13 aprel 2026 | 17:54

13 aprel 2026-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon Nümayəndəliyi və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçlığı ilə Tərtər Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Azərbaycan memarlığının Zəfər salnaməsi: Qarabağın yenidən qurulması” adlı tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının əməkdaşları iştirak ediblər. Çıxış edənlər Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən, müasir şəhərsalma prinsiplərinin tətbiqindən və milli memarlıq ənənələrinin qorunaraq inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın memarlıq tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionun sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər