Tərtərdə “Azad Qarabağda Təhsil” adlı təlim keçirilib
Tərtərdə Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Sabaha İnam” Sosial İctimai Birliyinin “Abituriyentlərə ixtisas seçimində dəstək verilməsi təşəbbüsləri" layihəsi çərçivəsində “Azad Qarabağda Təhsil” adlı növbəti təlim keçirilib.
Keçirilən təlimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, “Sabaha İnam” Sosial İctimai Birliyinin sədri Vüsal Əliyev, təlimçilər və digər şəxslər iştirak edib.
Layihənin əsas məqsədi abituriyentələrə ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri, özünüinkişaf əhəmiyyəti, müasir əmək bazarının tələbləri, özünütanıtma, bacarıq və istedadların müəyyən olunması kimi məsələlər barədə məlumat verməkdir.
Təlim iştirakçıları Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra təlimçilər təlimin mahiyyəti haqqında danışdıqdan sonra təlim sual-cavab ilə yekunlaşdırılmışdır.