Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib

26 noyabr 2024 | 15:17

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı yarımbəndinin icrası ilə bağlı olaraq “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev,  Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxışında mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin, müsbət nəticə göstərdiyini bildirib.

Daha sonra mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər