Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib

17 iyun 2026 | 10:35

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı yarımbəndinin icrası ilə bağlı olaraq Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının  Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Böyük məsləhətçi- Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatının  Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxışında mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin, müsbət nəticə göstərdiyini bildirib.

Daha sonra mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs edilib.

Tədbirin sonunda müvafiq mövzudfa iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər