Tərtərdə “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı!”, “Gənclər arasında ailə dəyərlərinin təbliği!” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzularında tədbir keçirilib
Şikar Şikarov adına Tərtər şəhər 5 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Arzu Babayeva, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər sağlam ailənin sağlam cəmiyyətin əsasını təşkil etdiyini, vətəndaşların maariləndirilməsinin və qanunvericiliyin təkmilləşdirilməsinin sağlam cəmiyyətin formalaşdırılmasına təkan verdiyini qeyd etmişlər. Ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac olduğu fikirləri söylənilmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.