Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Ailə dəyərləri və adət ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib

18 aprel 2024 | 17:20

17 aprel 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər şəhər 2 saylı məktəb-liseyin inzibati binasında “Ailə dəyərləri və adət ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər Rayon Təhsil Sektorunun əməkdaşı Gülxar Abbasova, Tərtər Qadın Resurs Mərkəzinin kordinotoru Qumru Şəmilova, Tərtər şəhər 2 saylı məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini İlqar Babayev, müəllimlər,  9, 10 və 11-ci sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur”. Bildirilib ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub: “Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, Azərbaycanda qurulan ailələr dayanıqlılığı və mükəmməlliyi ilə seçilir. Bütövlükdə ailə dayanıqlığı məsələlərində adət-ənənələrin rolunu danmaq olmaz. Təsadüfi deyil ki, Azərbaycanın ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün örnək hesab edir və mümkün qədər bundan bəhrələnməyə səy göstərir. Çünki ailə dayanıqlılığı məsələlərində adət-ənənələrimiz prinsipial əhəmiyyətə malikdir. Bu cür unikal sistemin formalaşması, təbii ki, əsrlərdən bəri xalqımızın milli dəyərlərindən süzülüb gələn adət-ənənələrin bəhrəsidir.

Qeyd olunub ki, ailə kiçik dövlətdir. Ailəni qorumaq üçün birinci növbədə adət-ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Bu səbəbdən də milli adət-ənənələrimizin, dəyərlərimizin və nəhayət ailələrimizin qorunması ən mühüm vəzifəmiz olmalıdır.

Sonda tədbir iştirakçıların sualları cavablandırılıb.

Keçidlər