Tərtərdə Ağsaqqallara bayram sovqatı paylanıb
25 dekabr 2025 | 16:38
Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov sosial durumu aşağı vəziyyətdə olan rayon ağsaqqalları ilə görüşüb, onları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibəti ilə səmimi qəldən təbrik edərək, ağsaqqallara uzun ömür, can sağlığı arzulayıb.
Cəmiyyətin həmişə ağsaqqal sözünə, nəsihətinə ehtiyacı olduğunu vurğulayan Faiq Məmmdov tədbir iştirakçılarına Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı Ağalar Vəliyevin təbriklərini çatdırıb, 50 nəfər ağsaqqala onun göndərdiyi bayram sovqatını paylayıb.






