Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər ruhunu yaşadanlar” adlı tədbir keçirilib.

04 noyabr 2026 | 15:56

Tədbir 04 noyabr 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tərtər şəhər İsmayıl Məmmədov adına 2 nömrəli məktəb-liseydə keçirilib.

Tədbirin məqsədi 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi birlik, əzm və qəhrəmanlıq nümunələrini təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi olub.

 

Keçidlər