Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Müasir yurdumun şanlı tarixi” adlı rəsm sərgisi təşkil olunub

04 noyabr 2024 | 16:57

04.11.2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər rayonu üzrə təhsil sektorunun və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Tərtər Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Müasir yurdumun şanlı tarixi” adlı rəsm sərgisi təşkil olunub.

Sərgidə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Rayon Təhsil Sektorunun metodisti Lamiyə Məmmədova  və məktəblilər iştirak ediblər.

Sərgidə 75-dən çox vətənpərvərlik mövzusunda rəsm və əl işləri sərgilənib. Rəsmlər və əl işlərində Azərbaycanın şanlı zəfər yolu, milli mədəniyyətimiz, tarixi abidələrimiz, zəngin təbiətimiz əks olunub.

Sonda rəsm əsərləri seçilmiş şagirdlər Uşaq-Gənclər İnkişaf Mərkəzinin Fəxri Fərmanları ilə təltif olunublar.

Keçidlər