Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş “Son Zəfər” adlı tədbir təşkil olunub

06 noyabr 2024 | 10:12

Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı Tərtər Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş “Son Zəfər” tədbir təşkil olunub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Rayon Təhsil Sektorunun metodisti Kifayət Mürsəlova və YAP rayon təşkilatında məsləhətçi Əli Paşayev və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri əbədi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar və rəqslər ifa ediblər.

Sonda qonaqlar tədbir haqqında xoş təəssüratlarını bölüşüb, Azərbaycanın şanlı zəfər yolu haqqında çıxışlar ediblər

Keçidlər