Tərtərdə 8 Noyabr-Zəfər Günü münasibətilə bayram konserti olub
8 Noyabr-Zəfər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adına parkda bayram konserti təşkil olunub.
Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şursının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.
Tərtər Mədəniyyət Mərkəzinin “Qarabağ” ansamblının və tanınmış müğənnilər Jalə Quliyevanın, Şahin İsmayılovun, Rüstəm Yağmurun, Ülkər Abdullayevanın ifa etdikləri vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Yüksək coşqu ilə keçən konsert proqramı bayram atəşfəşanlığı ilə sona çatıb.