Tərtərdə 8 Noyabr-Zəfər Günü münasibətilə bayram konserti olub
08 noyabr 2023 | 18:07
8 Noyabr-Zəfər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə bayram konserti təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin adına parkda açıq havada təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.