Tərtərdə 8 noyabr –Zəfər Günü ilə əlaqədar bir qrup Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərə bayram sovqatları paylanıb
08 noyabr 2023 | 11:58
Tərtər Rayon İcra Hakimiyyəti “Azərpambıq” MMC ilə birlikdə 8 noyabr-Zəfər Günü münasibəti ilə Tərtər rayonundan olan bir qrup Vətən Müharibəsi şəhidinin ailəsinə və qazilərə ərzaq yardımı edib.
Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, İƏD üzrə nümayəndələr və “Azərpambıq” MMC əməkdaşları iştirak ediblər.
Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.