Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 8 noyabr-Zəfər Günü ilə əlaqədar bir qrup Vətən Müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və antiterror əməliyyatları zamanı yaralanan hərbi qulluqçulara bayram sovqatları paylanıb

06 noyabr 2023 | 09:34

Tərtər rayon icra hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı və PAŞA Sığortanın maddi köməyi ilə 8 noyabr-Zəfər Günü münasibətilə bir qrup Vətən Müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və antiterror əməliyyatları zamanı yaralanan hərbi qulluqçulara bayram sovqatı paylanmışdır.

Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının, YAP Tərtər rayon təşkilatının və PAŞA Sığortanın məsul əməkdaşları iştirak ediblər.

Vətən Müharibəsi şəhidlərinin ailələri, əlillər və antiterror əməliyyatları zamanı yaralanan hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Keçidlər