Tərtərdə 8 noyabr –Zəfər Günü ilə əlaqədar bir qrup Vətən Müharibəsi əlilinə bayram sovqatları paylanıb
08 noyabr 2023 | 16:55
Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə 8 noyabr-Zəfər Günü münasibəti ilə Tərtər rayonundan olan bir qrup Vətən Müharibəsi əlilinə ərzaq yardımı edib.
Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və İƏD üzrə nümayəndələr iştirak ediblər.
Vətən Müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.