Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib.

07 mart 2024 | 16:28

07 mart 2024-cü il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, rayonun idarə və müəssisələrində işləyən bir qrup qadınlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev başda şəhid anaları olmaqla bütün ana və bacıları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, hər birinə cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb. Qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs etmişdir. Qeyd edib ki, onlar vətənə olan sonsuz sevgilərini 44 günlük Vətən müharibəsinə igid oğullar yola salmaqla sübut ediblər. Vətənə məhəbbətlərini övlad məhəbbətindən də üstün tutublar.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev çıxış edərək bildirib ki, bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl örnəkdir.

Digər çıxış edənlərin hər biri Azərbaycan qadınlarının xüsusi rolunu qeyd etmiş, 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınları təbrik etmişlər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş üzvlərə üzvülük vəsiqələri təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar isə hədiyyələrlə mükafatlandırılmışdır.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilmişdir.

Keçidlər