Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə 8 noyabr–Zəfər Günü münasibəti ilə “Yüzilliyin sərkərdəsi”adlı intelektual yarış keçirilib

05 noyabr 2024 | 17:35

Tərtər Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə Uşaq Gənclər İnkişaf Mərkəzində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Yüzilliyin sərkərdəsi”adlı intelektual yarışma  keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, rayon Təhsil Sektorunun metodisti Lamiyə Məmmədova da iştirak ediblər. 

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İntelektual yarışda 16 tam orta məktəbdən 80 nəfər şagird iştirak edib. Məktəblər hər komandada 5 nəfər olmaqla təmsil olunub.

Suallar 44 günlük Vətən müharibəsi və məğlubedilməz, yüzilliyin sərkərdəsi Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti ilə bağlı olub.

İntelektual  yarışma iki gün davam edəcək. Qalib komanda kubok və fəxri fərmanla təltif ediləcək.

Keçidlər