Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

30 mart 2024 | 12:09

Tərtərlilər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Şəhidlər Abidə kompleksini ziyarət edib, soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.

Anım mərasimində Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ümummilli Liderin, soyqırım qurbanlarının və şəhidlərin ruhuna dualar oxuyub, tədbir iştirakçıları abidələrin önünə gül dəstələri düzüblər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçidlər