Tərtərdə 3 Dekabr “Beynəlxalq Əlillər Günü” münasibətilə tədbir keçirilib
3 Dekabr “Beynəlxalq Əlillər Günü” münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə AUİB-nin nəzdində fəaliyyət göstərən Tərtər rayonu Əlilliyi olan Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzinin uşaqları üçün tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Tərtər rayon xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov iştirak ediblər.
Tədbir çərçivəsində mərkəzdə reabilitasiya keçən uşaqların və valideynlərinin fikirləri dinlənilib, mərkəzin fəaliyyətinin rayon üçün davamlı olmasının vacibliyi vurğulanıb.
Günün yekununda “Vəhdəd” Xeyriyyə Cəmiyyəti və Turkay Moda Məktəbinin dəstəyi ilə hazırlanmış hədiyyələr uşaqlara təqdim edilib.






