Tərtərdə 3-cu dərəcəli Vətən müharibəsi əlili Abbaslı Sadiq Rəfael oğlunun qardaşının toy mərasimi keçirilib
Tərtər rayon Azad Qaraqoyunlu kənd sakini, 3-cu dərəcəli Vətən müharibəsi əlili Abbaslı Sadiq Rəfael oğlunun qardaşı Abbaslı Orucun toy mərasimi keçirilib.
Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Abbaslı Sadiq Rəfael oğlu Vətən Müharibəsində Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib. 3-cu dərəcəli Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi Abbaslı Sadiq və ailə üzvləri şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.