Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 3-cu dərəcəli müharibə əlili Süleymanlı Hüseyn Nadir oğlunun toy mərasimi keçirilib

03 iyun 2025 | 15:04

Tərtər rayonunun Qaynaq kənd sakini, 2023-cü il sentyabr ayının 19-da başlayan lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmiş, 3-cu dərəcəli müharibə əlili Süleymanlı Hüseyn Nadir oğlunun  toy mərasimi keçirilib.

Toy şənliyində qazinin ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

Qeyd edək ki, qazi Hüseyn Süleymanlı 2023-cü il sentyabr ayının 19-da başlayan lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib, 3-cu dərəcəli müharibə əlilidir.

Qazi Hüseyn Süleymanlı və ailə üzvləri şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər