Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 28 may-Müstəqillik Gününə həsr edilmiş şahmat yarışı keçirilib

26 may 2026 | 17:29

Tərtər Rayon İcra Hakimiyyətinin,YAP rayon təşkilatının və Tərtər-Ağdərə  rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər İdman-Şahmat məktəbində  28 May – Müstəqillik Gününə həsr olunmuş   şahmat yarışı keçirilib.

Yarışda rayonun ümumtəhsil məktəblərindən 4 yaş qrupu üzrə 58 şahmatçı iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Sonra rayon icra hakimiyyətinin nümayəndəsi Zabil Paşayev xalqımızın kimliyini, və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyət dövrü haqqında geniş məlumat verib. Xalq Cümhuriyyətinin ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər gördüyünü, bu dövrdə bir çox ilklərə imza atıldığını – parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarların qəbul olunduğunu, ordu qurulucuğuna başlanıldığını, dövlət atributlarımızın qəbul olunduğunu, Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini söyləyib. 70 il sonra 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli Bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdiyini, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdiyini vurğulayıb.

YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Fərəc Rzayev öz çıxışlarında müstəqil Azərbaycan Cümhuriyyətinin qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Çıxışçılar gənc şahmatçılara yarışda uğurlar diləyiblər və yarışa start verilib.

Qalib gələn idmançılara yarışın təşkilatçıları tərəfindən  diplomlar  təqdim olunacaq.

Keçidlər