Tərtərdə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
25 sentyabr 2026 | 09:41
Tədbir 24 sentyabr 2026-cı il tarixində Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edənlər tərəfindən 27 Sentyabr – Anım Gününün əhəmiyyəti, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın göstərdiyi şücaət və onların əziz xatirəsinin daim ehtiramla yad olunmasının vacibliyi barədə fikirlər səsləndirilib.
Tədbirin sonunda Vətən müharibəsi və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.






