Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 27 sentyabr-Anım Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib

27 sentyabr 2024 | 13:45

27 sentyabr-Anım Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində Tərtər-Ağdərə avtomobil yolunun kənarınada ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, İƏD üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.

Aksiya çərçivəsində 180 ədəd  eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.

Aksiyada iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Keçidlər