Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “20 yanvar milli qürur günümüzdür” adlı rəsm sərgisi keçirilib

17 yanvar 2024 | 11:35

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Gənclər Mərkəzinin foyesində umumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət  “20 Yanvar milli qürur günümüzdür” adlı rəsm sərgisi keçirilib.

Məktəblilərin rəsm sərgisində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, Təhsil sektorunun əməkdaşı Lamiyə Məmmədova və Qarabağ Regional Gənclər və İdman idarəsinin sektor müdiri Şəhram Quliyev də iştirak ediblər.

Sərgidə məktəblilərin xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış 20 Yanvar hadisələri ilə bağlı 80-nə yaxın rəsm və əl işləri  nümayiş etdirilib.

Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciəni əks etdirməklə, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

Sərginin sonunda balaca rəssamlarla xatirə şəkilləri çəkilib.

Keçidlər