Tərtərdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş film nümayiş etdirilib
Qarabağ Regional Mədəniyyət İdarəsinin və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Tərtər rayon Mədəniyyət Mərkəzində 20 Yanvar Faciəsinin 36-cı ildönümünə həsr olunan "Zülməti yaran azadlıq işığı" adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və 20 Yanvar Faciəsindən bəhs edən film nümayiş etdirilmişdir.
Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Ehtibar Əhmədov və Mədəniyyət Mərkəzinin bəddi rəhbəri Sadiq Quliyev 20 yanvar faciəsi ilə əlaqədar çıxış etmişlər. Sonda Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə "Tarixdə tarix tək qaldı o gecə" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.






