Tərtərdə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq hazırlıq işləri görülür
19 yanvar 2026 | 11:13
Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Tərtər rayon icra hakimiyyəti və Tərtər şəhər Kommunal Təsərrüfatı idarəsi tərəfindən Şəhidlər abidə kompleksində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işləri aparılıb. Xiyaban ərazisində geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları, bəzi kollar budanıb və abidə güllərə bəzənib.
Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur.






