Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi”dir mövzusunda dəyirmi masa təşkil olunub

18 yanvar 2025 | 12:42

Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Rafiq Nuriyev adına şəhər 6 nömrəli tam orta məktəbdə “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi”dir mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdşı Gündüz Alıkişiyev, məktəbin direktoru Rüfət İsmayılov, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev bildirib ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atıb: “Mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalayaraq, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb”.

Tədbirdə YAP rayon təşkilatının əməkdşı Gündüz Alıkişiyev, Tərtər şəhər 6 nömrəli tam orta məktəbin direktoru Rüfət İsmaylov çıxış edərək bildiriblər ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz beş il keçir. Qeyd olunub ki, xalqımız hələ də bu faciənin ağrı-acısı ilə yaşayır. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın Dahi Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verib. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pisləyib.

Vurğulanıb ki, Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Keçidlər