Tərtərdə 20 yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
20 yanvar 2025 | 11:36
20 yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhər Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisənin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları iştirak ediblər.
20 yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada 100 ədəd eldar şamı əkilib.