Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “20 Yanvar” faciəsinə həsr olunmuş şahmat üzrə rayon çempionatı keçirilmişdir

17 yanvar 2024 | 17:44

16-17 yanvar 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında .“20 Yanvar” faciəsinə həsr olunmuş şahmat üzrə rayon çempionatı keçirilmişdir. Yarışa dörd yaş qrupları üzrə ümumilikdə 60 şagird qatılmışdır.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışda Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev və Uşaq Gənclər İdman və Şahmat məktəbinin təlimatçısı Fərəc Rzayev iştirak edib. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov və Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru  Emin  Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışaraq bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq , xalqımıza mənəvi zərbə vurmaq məqsədi durduğunu qeyd edib.

Sonra turnirə start verilib və yarış Olimpiya sistemi əsasında həyata keçirilib. 1,2 və 3-cü yerin qalibləri Uşaq Gənclər İdman və Şahmat məktəbi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Keçidlər